• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya mətbuatı Sarkisyanı ifşa etdi

Rusiya mətbuatı Sarkisyanı ifşa etdi

Rusiya qəzeti: "Ermənistan prezidenti Soçidəki Qarabağ sammitində elə bağırdı ki, doğrunun bağrı yarıldı".

Ermənistanın dövlət başçısı Serj Sarkisyanın BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin indiyədək icra olunmamasında Azərbaycanı günahlandırması məsuliyyəti İrəvanın üzərindən atmaq cəhdi və təxribatdan başqa bir şey deyil.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiyanın "Tribuna" qəzetinin dərc etdiyi "Təhlükəli dezinformasiya" başlıqlı məqalədə bildirilir.

Müəllif Alesya Dovlatova yazır: "Serj Sarkisyanın səsləndirdiyi kimi bəyanatlara el arasında "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" deyirlər. Böyük siyasətdə isə bunun adı təxribatdır. Lakin məsələ ondadır ki, Ermənistan prezidenti bu təxribatçı bəyanatları haradasa İrəvanda və ya Gümrüdə öz tərəfdarlarının mitinqində deyil, Rusiyanın Soçi şəhərində, Rusiya və Azərbaycan prezidentləri ilə görüşdə səsləndirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş bu görüşdə Rusiya vasitəçiliyi öz üzərinə götürmüşdü. Bu isə o deməkdir ki, Sarkisyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini belə başa düşməsi bizim üçün də problemə çevrilə bilər".

Rusiyalı jurnalist qeyd edir ki, bu yaxınlarda Soçidə aparılmış danışıqlarda prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının hələ 20 il əvvəl erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə çıxardığını xatırladıb. Serj Sarkisyan isə cavab olaraq deyib ki, "qətnamənin tələbinə riayət edən tərəf varsa, o da Ermənistandır, çünki o, hərbi əməliyyatların dayandırılması üçün öz təsir imkanlarından istifadə edib".

"Ermənistan prezidentinin nümayişkaranə şəkildə səsləndirdiyi versiyaya görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhz Azərbaycan əməl etmir. Lakin axı Azərbaycan bu qətnamələrin dinc yolla icrasına necə səbəb ola bilərdi? Yoxsa o, özünün qanuni torpaqlarından, ümumiyyətlə, əl çəkməli idi? Bəlkə torpaqlarının iyirmi faizini qonşuya bağışlamalı idi?" - deyə jurnalist soruşur.

A.Dovlatova hesab edir ki, S.Sarkisyan belə təxribatçı bəyanatlar verməklə Rusiyanı öz yaxın müttəfiqləri ilə təhlükəli oyuna sürükləməyə çalışır. Müttəfiqlər sırasına isə müəllif təkcə Avrasiya İttifaqına qoşulmağı hazırlaşan Ermənistanı deyil, həm də Rusiya ilə "gerçək mehriban münasibətlər" quran, "rus məktəblərini və qəzetlərini bağlamayan, "sovet işğalı muzeyləri" yaratmayan və ümumiyyətlə, antirusiya təbliğatı aparmayan, əksinə uğurlu siyasi islahatlar yürüdən, on il ərzində böyük iqtisadi uğurlara nail olan" Azərbaycanı aid edir. "Bu gün Azərbaycan Rusiyanın vacib siyasi və iqtisadi tərəfdaşıdır", - məqalədə vurğulanır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR