İqtisadi gündəm
Nazirlərin Naxçıvan görüşünün təfərrüatı - VİDEO
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə əldə olunmuş razılığa əsasən quru qoşunların, hərbi dəniz və hərbi hava qüvvələrinin birgə təlimləri keçiriləcək.
İlk növbədə təlimlər bölük və tagım şəklində növbəli şəkildə hər
3 ölkədə baş tutacaq. Müdafiə nazirliyinin beynəlxalq hərbi
əməkdaşlıq idarəsinin rəisi, Ramiz Nəcəfovun ANS-ə verdiyi
eksklüziv açıqlamaya görə, hərbi təlimlərdə hər 3 ölkənin müəyyən
sayda şəxsi heyəti, silah-sursatı ilə birgə iştirak edəcək. Belə
bir təcrübə hələ 2000-ci ildən mövcud olub.
3 ölkə müdafiə nazirlərinin birgə razılaşmasına əsasən neft-qaz
layihələrinin mühafizəsi birgə həyata keçiriləcək. Bunun üçün
ayrıca hərbi təlimlər baş tutacaq. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-
Ərzurum və Bakı-Tiflis-Qars dəmiryolu layihələrinin mühafizə
zolağında baş verə biləcək hər hansı bir müdaxiləyə, terrorçuluğa
Azərbaycan, Gürcüstan və Türkiyə ordusu dərhal birgə adekvat cavab
verəcək.
3 ölkənin ordusunun NATO, sülhməramlı tədbir və təlimlərdə tərəfdaş
kimi birgə çıxış etməsi barədə də razılıq əldə olunub.
Görüş ilk dəfə idi ki, Naxçıvanda keçrilirdi. Nazirlər səfər
çərçivəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi
hissələrində olmuş, döyüş hazırlığı, nizam-intizam, zabit və əsgər
heyəti üçün yaradılan şəraitlə də tanış olublar. Həm İsmət Yılmaz,
həm Georqi Alasaniya Naxçıvan ordusunun hərbi-texniki təchizatından
razılıq ifadə ediblər.
Müdafiə nazirlərinin növbəti görüşü Gürcüstanda olacaq. Görüşdə
hərbi memorandumun imzalanması gözlənilir.(ans)
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY