İqtisadi gündəm
ABŞ Putin rejiminin süqutunu hazırlayır
“Məncə, artıq tədricən Putin də anlamağa başlayıb ki, proses bu cür davam edərsə, Rusiya acınacaqlı hallarla qarşılaşacaq”.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Natiq Miri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin davam etməsi məsələsinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, ABŞ Putinin qarşısını almağın yolunu tapıb:
“Nəzərə alın ki, artıq ABŞ-ın beyin mərkəzlərində Putinin qarşısını almağın yolu tapılıb. Yol nədən ibarətdir? Yaxın 1-2 ildə Putin rejiminin süqutu. Bundan sonra bütün proseslər yalnız və yalnız Rusiya daxilinə transfer olunacaq və Putinin rejiminin tamamilə yeni, müasir və demokratik bir rejimlə əvəzlənməsi prosesinə nöqtə qoyulacaq”.
Politoloqun fikrincə, Rusiyanın Ukraynadan sonra hər hansı Cənubi Qafqaz ölkəsinə müdaxiləsi inandırıcı deyil:
“Krım hadisəsindən sonra Rusiya Qərb tərəfindən o qədər də böyük təpkilərlə, ciddi sanksiyalarla üzləşmədiyi üçün Ukraynanın cənub-şərq hissəsində vəziyyəti mürəkkəbləşdirməyə davam edir. Mən düşünmürəm ki, Rusiya Ukraynadan sonra Qazaxıstana və yaxud da Cənubi Qafqazın hər hansı bir ölkəsinə hərbi müdaxilə edə bilsin. Əvvəla, bunu etmək üçün çox böyük iqtisadi resurslar lazımdır. Bu resurslar isə Rusiyada yoxdur və Rusiyanın iqtisadiyyatı da çökməyə doğru gedəcək. Ona görə belə məsələləri süni surətdə qabardırlar, Rusiya xofu yaradırlar. Mənə elə gəlir ki, Rusiyanı bu qədər qabartmağa ehtiyac yoxdur. Rusiyanın cəmi 30 minlik çevik qüvvəsi var ki, bu gün bu qüvvələrlə Ukraynada vəziyyəti gərginləşdirməyə davam edir və bu çevik qüvvəni, bu cür mürəkkəb situasiyalarda hərəkət eləyə biləcək qüvvələri də məhz Almaniyanın hərbi yönlü bir qurumu hazırlayıb, yəni böyük milyonların müqabilində Almaniya Rusiyada 30 minə yaxın çevik qüvvə hazırlaya bilib. Kiçik bir qüvvə ilə bütün post-sovet məkanında böyük hərbi müdaxilələri, işğalları yerinə yetirmək çox mürəkkəb bir hadisədir. Çünki Rusiyanın bütün ordusu bu vəziyyətdə deyil. Rusiyanın çox sınıq-salxaq, köhnə ordusu var. Bu ölkəni həddən artıq şişirtməyə ehtiyac yoxdur”.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR