İlham Əliyev xanımını bu sözlərlə təbrik etdi - FOTO
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev xanımını bu sözlərlə təbrik etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə prezidentin qızı Arzu Əliyeva özünün rəsmi Feysbuk səhifəsində foto paylaşıb.

İlham Əliyev öz ürək sözlərini xanımına belə çatdırıb: “Ailədə yaxın münasibətlər hər bir insan üçün ən böyük dəyərdir. Ailə anlamında mən çox xoşbəxtəm. 30 ildir öz sevimli həyat yoldaşımla birlikdəyəm, amma elə bil ki, biz bu yaxınlarda evlənmişik. Həyatımın ən xoşbəxt saatları evdə, ailəmlə birlikdə olduğum vaxtlardır”.

Qeyd edək ki, bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 50 yaşı tamam olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm