Prezident İlham Əliyev tvit atdı - Foto
Bizi izləyin

İqtisadi gündəm

Prezident İlham Əliyev tvit atdı - Foto

Prezident İlham Əliyev Tvitter sosial şəbəkəsində fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, Prezident son illərdə ölkəmizin gücünü göstərən inkişafı diqqətə çatdırıb:

“Bakıda qədim memarlıq abidələri və müasir abidələr bir vəhdət, vahid ansambl təşkil edir və son illərdə Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bayraq meydanı kimi müasir Azərbaycan simvolları yaradılmışdır. Bu memarlıq əsərləri müasir Azərbaycanın gücünü, inkişafını göstərir. Milli dəyərlər - bizim mədəniyyətimiz, incəsənətimiz müstəqilliyimizin əsasıdır. Humanitar sahəyə Azərbaycanda çox böyük diqqət göstərilir. Biz Azərbaycanı həm inkişafda olan, eyni zamanda, böyük dəyərlərə malik olan və bu dəyərləri qoruya bilən ölkə kimi təqdim edirik”.

Prezident müstəqilliyin Azərbaycan xalqı üçün artıq bəlli olduğunu, bu müstəqilliyin həmişə qorunacağını vurğulayıb:

“Müstəqilliyin bütün üstünlükləri Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq.”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm