İlham Əliyev Hacıqabul və Beyləqanda açılışlar etdi
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Hacıqabul və Beyləqanda açılışlar etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib.


Publika.a Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsib.


Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. Artıq xeyli vaxt idi ki, istismar müddəti başa çatmış dəmir konstruksiyalı körpü nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradırdı. Dəfələrlə cari təmir işlərinin aparılmasına baxmayaraq, körpünün yenisi ilə əvəz olunması zərurətə çevrilmişdi. Beləliklə, 2011-ci ildən başlayan tikinti işləri yekunlaşıb və yeni, müasir standartlara uyğun körpü artıq istismara hazırdır.


Diqqətə çatdırıldı ki, körpünün tikintisi zamanı nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə tikinti-quraşdırma işləri həyata keçirilib.

***

İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

***

İlham Əliyev Beyləqanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

***

İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.

***

İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib.

***

İlham Əliyev Beyləqanda uşaq bağçasının açılışında iştirak edib.

***

İlham Əliyev Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub.

***

İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm