
Azərbaycan Ermənistanı işğal etdiyi torpaqlarda vurduğu
ziyana görə Beynəlxalq Məhkəməyə verməyə hazırlaşır.
ANS TV-nin məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə
yaradılmış İtki və Təlafatların Qiymətləndirilməsi Komissiyası
Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla 19 inzibati ərazi
vahidliyində dəymiş ziyanın hesablanması işlərini davam etdirir.
Yekun rəqəmlər məlum olandan sonra Azərbaycan Ermənistandan
təzminat tələb edəcək.
İşçi Qrupun rəhbəri Xanhüseyn Kazımlı bildirib ki, hər bir kənd
əhalisindən sorğu götürülür və hesablamalara davam edir.
Bu gün heç bir xarici investor işğal olunmuş 60-70 kilometrlik
ərazisində sərmayə qoymur. İşğal olunmuş torpaqların yeraltı və
yerüstü sərvətlərinin qanunsuz istismarı nəticəsində vurulan
ziyanın hesablanması üçün əmsal müəyyən ediləcək. İşğal davam
etdikcə, hər ötən günə görə məğləb dəyişə bilər.
Millət vəkili Xanhüseyn Kazımlı bildirir ki, bəzən itirdiyimiz 20
faiz torpağa görə Azərbaycana 500 milyard dollar ziyan dəyməsi
barədə fikirlər səsləndirilir. Lakin komissiyanın araşdırması
ortaya yeni rəqəmlər çıxara bilər. Azərbaycan həmçinin ötən əsrin
əvvəllərində, ermənilər tərəfinən soyqırıma məruz qalmış,
deportasiya edilmiş vətəndaşlarımızla bağlı beynəlxalq müstəvidə
vəsatət qaldıra bilər. Bunun üçün Azərbaycan Demokratik
Cümhuriyyəti dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının
foto sənədlərindən istifadə olunacaq.
Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyası hələ
1918-ci ildə Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə
ermənilərin törətdiyi kütləvi qırğınlara vaxtında reaksiya verərək
faktları lentə almışdı. Fətəli xan Xoyskinin təşəbbüsü ilə
yaradılan komissiyanın üzvü Əlimərdan bəy Topçubaşov Paris Sülh
Konfrasında sənəd şəklində həmin faktları Avropanın diqqətinə
çatdırmışdı. Lakin sonradan Sovet hakimyyəti illərində bu sənədlər
yalnız arxivdə saxlanılırdı. Bu şəkillərin bir qismi tarixçi Solmaz
Tohidinin vasitəçiliyilə yenidən ölkəmizə qaytarılıb.