• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Köçəryan: “Ermənistan batır”

Köçəryan: “Ermənistan batır”

"Ermənistan iqtisadiyyatı böyük neqativ gözləntilər zolağına daxil olub”.

Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyada rus dilində çıxan “Nuhun gəmisi” qəzetinə müsahibəsində deyib.

Köçəryan bildirib ki, Ermənistan iqtisadiyyatının indiki vəziyyəti və gələcək perspektivləri haqda optimist düşünməyə onun nə daxili, nə də xarici əsasları yoxdur: "Əksinə, son vaxtlar qlobal iqtisadiyyata yeni təhlükələr çıxıb. Qərbin və Rusiyanın qarşlıqlı sanskiyaları dünya iqtisadiyyatına necə təsir edəcək, buna Rusiya iqtisadiyyatı necə reaksiya verəcək, bütün bunlar nə qədər davam edəcək - bunların təsirini hələ qiymətləndirmək lazımdır. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmağı onun İran və Gürcüstanla ticarətinə necə təsir edəcək? Bu da məlum deyil".

Köçəryan "bəs nə etmək lazımdır" sualına cavabında deyib ki. iqtisadiyyatı sağlamlaşdırmaq lazımdır.

Öz hakimiyyəti dövründə oliqarxları görünməmiş dərəcədə gücləndirən Köçəryan indi deyir ki, iqtisadiyyatı monopoliyalardan azad etmək, nüfuzlu məmurların və qohumlarının iştahının qabağını kəsmək lazımdır: "Bunsuz mümkün deyil. Cəmiyyətə aydın siqnal vermək lazımdır ki, işgüzarlıq arzuolunandır və dəstəklənəcək. Şəxsi maraqları bir neçə illiyə arxa plana keçirmək lazımdır, bu maraqları unutsalar, lap yaxşıdır”.

Eks-prezidentin orijinal təklifləri də var: "İş həftəsini də çoxsaylı “mereloslarla” deformasiya etməyə son qoyulmalıdır" (“merelos” – azərbaycanlılarda cümə axşamları kimidir, ancaq ermənilərdə bazar ertəsinə düşür və həmin gün ölənlərin xatirəsi yad olunur-red.) .

Köçəryanın daha bir orijinal təklifi budur: "Avqustda səhər 6-da gün çıxır, iş isə saat 9-da başlanır. Bu da anormaldır".

Köçəryanın fikrincə, bu iş rejimini "ölkəyə sırıyıblar və bu, tormozlayıcı rejimdir, sürətləndirici yox" ("Azadlıq" radiosu).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR