İqtisadi gündəm
Ərdoğan Bakıya gəlir - Video
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. ANS-in məlumatına görə, çətin və maraqlı seçkidən sonra Çankaya Köşkünə yerləşən Ərdoğan ailəsi hələ köşkündə qərar tutmamış prezidentin səfərləri başlayıb. Ərdoğan bu gün tərfdarları qarşısında təcili işə başlamasını onunla belə bir zamanda vaxt itirməyin qətiyyən qol verilməz olması ilə əsaslandırıb: "İşləmək və dövlətin adını yüksəltmək lazımdır".
Prezident seçkisindən səslərin 50 faizdən çoxunu qazanan
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın
2-də Azərbaycana səfər edəcək. Prezident kürsüsünə sahib olan
Ərdoğanın dövlət başçısı olaraq səfər edəcəyi ilk ölkənin
Azərbaycan olması təsadüfü deyil. Baş nazir olduğu zamanlarda da
Azərbaycana olan xüsusi sevgi və hörmətlə yanaşan Rəcəb Tayyib
Ərdoğan bütün seçkilərdən sonra ilk səfərini məhz Bakıya edib.
Azərbaycan prezidenti İlham Əliyevdə prezident seçkisindən sonra
ilk səfərini qardaş Türkiyəyə etmişdi. Artıq bir ənənə halını alan
bu səfərlər əslində hər iki dövlətin eyni köklərə malik olduğunu,
dostuq münasibətlərinin qorunub saxlanılmasına bir işarədir.
Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident
kürsüsündə oturar-oturmaz Azərbaycana səfərə gəlməsi isə əlaqələrin
daha da möhkəmləndirərək yeni uğurların əldə edilməsinə şərait
yaradacağı şübhəsizdir.
2-3 sentyabr tarixlərində dövlət başçısı İlham Əliyevlə Rəcəb
Tayyib Ərdoğan arasında baş tutucaq görüşdə hər iki ölkə arasındakı
münasibətlərin müxtəlif aspektləri, iki ölkə arasındakı əməkdaşlıq,
həmçinin Türkiyə ilə Azərbaycanın müştərək mənfəətlərini əks
etdirən beynəlxalq və regional hadisələrin müzakirəsi
gözlənilir.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb