“Türkiyə Qarabağ münaqişəsinə diqqəti artıracaq”
Bizi izləyin

İqtisadi gündəm

“Türkiyə Qarabağ münaqişəsinə diqqəti artıracaq”

“Yeni prezident Ərdoğan və Baş nazir Davudoğlu Qarabağ münaqişəsinin bundan sonrakı həllinə daha çox diqqət ayıracaqlar”.

Bunu Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə Türkiyənin yeni dövlət rəsmilərinin Qarabağ münaqişəsinin bundan sonrakı həlli istiqamətinə təsirindən danışarkən deyib.Politoloqun fikrincə, Türkiyə Qarabağ münaqişəsinin həllində hər zaman maraqlı olub və bundan sonra da olacaq:

“Bu, yalnız sözdə yox, əməldə də hər zaman özünü göstərib. Əhməd DavudoğluXarici İşlər naziri olarkən Azərbaycanla əməkdaşlığın bütün istiqamətlərində fəal iştirak edib və Qarabağ münaqişəsinin həlli yolunda göstərdiyi təşəbbüsləri danılmazdır.Ərdoğanın prezident seçilməsi, eyni zamanda, Davudoğlunun Baş nazir vəzifəsinə yüksəlməsi ölkəmiz üçün bütün hallarda böyük əhəmiyyət daşıyır. Ona görə ki, əvvəlki səlahiyyətləri dövründə Qarabağ münaqişəsinin həlli istiqamətində böyük təşəbbüs göstərən Ərdoğan və Davudoğlu məsələnin bundan sonrakı həlli istiqamətinə diqqəti daha da artıracaqlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm