• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"RİA Novosti" Azərbaycanla bağlı səhvini düzəltdi

"RİA Novosti" Azərbaycanla bağlı səhvini düzəltdi

Rusiyanın "RİA Novosti"("Rossiya Seqodnya") Beynəlxalq İnformasiya Agentliyi qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” 23 illiyi barədə dərc etdiyi məqalədə Azərbaycana qarşı yola verdiyi informasiya təxribatını qismən aradan qaldırıb.

Agentlik məqalənin sərlövhəsini redaktə edib, Azərbaycanın ərazi bütövlüyü və tarixinin tərif olunduğu abzas isə tamamilə yazıdan çıxarılıb. Lakin məqalədə yaxın onilliklərdə baş vermiş hadisələr və faktların ermənilərin lehinə saxtalaşdırılması ilə bağlı daha bir neçə cümlə saxlanılıb.

Qeyd edək ki, təxribat xarakterli belə materiallar indiyə kimi də "RİA Novosti" agentliyində dərc olunub. 2013-cü ilin fevralında agentliyin müəllifi Vadim Dubnov tərəfindən yazılan "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" adlı məqalə dərc olunub. Həmin hadisə rəsmi Bakının Rusiyaya etiraz notası verməsi ilə nəticələnib. Notadan sonra agentlik həmin yazını saytdan çıxarıb.

Hazırda agentliyin baş direktoru Dmitri Kiselyov, baş redaktoru isə Marqarita Simonyandır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR