Azərbaycan NATO qoşunu ilə Ukraynaya gedir
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan NATO qoşunu ilə Ukraynaya gedir

ABŞ 16-26 sentyabr tarixlərində Ukraynada keçirilməsi planlaşdırılan təlimlərə hazırlığı davam etdirir.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ ordusunun Avropa komandanlığının nümayəndəsi Qreqori Xiks bildirib.

Xatırladaq ki, ilk olaraq təlimlərin iyul ayında keçirilməsi planlaşdırılsa da, ölkənin cənub-şərqindəki hərbi əməliyyatlara görə təxirə salınmışdı. Xəbər agentliyi antiterror əməliyyatlarının başlandığı aprel ayından bu yana ABŞ qoşunlarının Ukraynanın ərazisinə ilk gəlişinin qeydə alınacağına diqqət çəkib.

“Röyters”in məlumatına görə, təlimlərdə ABŞ-ın 200 hərbçisinin iştirakı planlaşdırılıb. Bundan başqa Ukrayna, Azərbaycan, Böyük Britaniya, Kanada, Gürcüstan, Almaniya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya və İspaniya hərbçiləri təlimlərə qatılacaq.

Hərbi təlimdə ümumilikdə 1000-ə qədər hərbçi iştirak edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm