ETSN-dən ağacların dibinə sulfat tökülməsi ilə bağlı açıqlama
Bizi izləyin

İqtisadi gündəm

ETSN-dən ağacların dibinə sulfat tökülməsi ilə bağlı açıqlama

Nəsimi rayonu, Cavadxan küçəsi 26 ünvanında ağacların dibinə sulfat turşusunun tökülməsi ilə bağlı məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Publika.az-a verdiyi məlumata görə, bu gün nazirliyin “Qaynar xətt”inə bu barədə şikayət daxil olub.

Şikayət dərhal Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Əraziyə baxış zamanı sözügedən ünvanda yaş köküstə 9 ədəd şam və 1 ədəd qarağac cinsindən olan ağacların dibinə mənşəyi məlum olmayan maddənin töküldüyü faktı aşkar edilib.

Faktla bağlı mövcud vəziyyət sənədləşdirilərək sözügedən ağacların dibinə tökülən maddənin mənşəyinin müəyyən edilməsi məqsədilə ETSN-nin mütəxəssisləri tərəfindən həmin sahədən torpaq nümunələri götürülüb.

Torpaq nümunələri üzərində aparılan analizlərin nəticəsinə uyğun olaraq həmin maddənin zərərverici olduğu təsdiq edilərsə, təqsirkarların müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm