Kəlbəcər əsirlərindən xəbər var
Bizi izləyin

İqtisadi gündəm

Kəlbəcər əsirlərindən xəbər var

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı Şahbaz Quliyevlə görüş keçirilib.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova açıqlama verib. O, qeyd edib ki, görüş zamanı ailələrin arzuları girovlara çatdırılıb. Girovlar barəsində məlumatlar da ailələrə verilib.

Bu, girovlarla keçirilən 4-cü görüş hesab edilir. Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.

virtualaz.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm