"Ermənistan sülhə vadar edilməlidir"
Bizi izləyin

İqtisadi gündəm

"Ermənistan sülhə vadar edilməlidir"

“Serj Sarkisyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı tutduğu qeyri-konstruktiv yol artıq tükənmək üzərdir”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

B. Muradova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması S. Sarkisyanın “əməyi” sayəsində olub: “Sarkisyan Qarabağın işğalı üzərindən siyasətə və bundan sonra da hakimiyyətə gəlmiş bir şəxsdir. Münaqişənin həlli uzandıqca, onun hakimiyyəti də bir o qədər uzunmüddətli olacaq. Bunu Sarkisyan bilir və o həm də yaxşı bilir ki, vəziyyət belə davam etdikcə onun qeyri-konstriktiv mövqeyi keçərli olmayacaq. Son vaxtlar isə Sarkisyan xaricdə bir cür, Ermənistanda isə tamamilə başqa fikirlərlə çıxış edir”.

B.Muradovanın sözlərinə görə, Sarkisyanın münaqişənin həllində könüllü olaraq ciddi addım atacağına inanmır: “Buna görə də beynəlxalq ictimayyət, o cümlədən ATƏT-in həmsədrləri bu məsələni özbaşına buraxmamalı, qeyri-konstruktiv tərəfi sülhə məcbur etməyə xidmət edən addımlar atmalıdırlar”.

Milli Məclisin sədr müavini beynəlxalq təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə də çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm