• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ermənistan Azərbaycanın ərazi bütövlüyü dəstəklənən sənədə imza atdı

Ermənistan Azərbaycanın ərazi bütövlüyü dəstəklənən sənədə  imza atdı

NATO-nun Uels sammitində qəbul edilmiş yekun bəyannamədə keçmiş sovet respublikalarının ərazi bütövlüyü və suverenliyinin müdafiə edilməsi ilə bağlı bəndlər əksini tapıb.

“NATO Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü və suverenliyini müdafiəsi ilə bağlı öhdəliklərinə sadiqdir. Mövcud şəraitdə alyans Cənubi Qafqazda və Moldovada münaqişələrin beynəlxalq qanunvericilik əsasında və dinc yolla həllinə yönəlik səyləri dəstəkləməkdə davam edəcək”, - deyə sənəddə qeyd edilirdi.

Bəyannamənin postsovet məkanındakı münaqişələrə aid hissəsində daha sonra deyilirdi: “Bu konfliktlərin üzücü şəkildə davam eləməsi hələ də xüsusi narahatlıq doğurur, çünki belə vəziyyət bölgə sakinlərini Avroatlantik birliyin üzvü olmaq imkanından məhrum edir”.

Erməni elektron KİV-nin məlumatına görə, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi sənədə Ermənistan prezidenti Serj Sərkisyan da öz ölkəsi adından imza atıb.(musavat.com)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR