Rus politoloqdan Bakıya təzyiq anonsu
Bizi izləyin

İqtisadi gündəm

Rus politoloqdan Bakıya təzyiq anonsu

“Uels sammitindən sonra Ermənistan və Azərbaycan hakimiyyətlərinə qarşı Qərbdən təzyiqlər güclənəcək”.

Bu sözləri Axar.az-a eksklüziv açıqlamasında Rusiyanın “Şimal-Cənub” Siyasi Mərkəzinin direktoru Yuliya Yakuşeva deyib. O, Qərbin Qafqaza təhlükəsinin neytrallaşdırmağın mümkün olduğunu bildirib:

“Məncə, Uels sammitindən sonra Ermənistan və Azərbaycan hakimiyyətlərinə qarşı Qərb tərəfindən təzyiqlər gücləndiriləcək. Hər halda, Qafqaz və Xəzərdə olan təhlükə nəinki Rusiya və İrana aiddir, bunu biz Qazaxıstana da şamil edə bilərik. Yalnız məsələ burasındadır ki, Qərb Ukraynanı Yanukoviç rejiminin daxili zəifliyindən ilhamlanaraq partlatdı. Bunları neytrallaşdırmaq qeyri-mümkündür. Ona görə də əsas problem Qafqaz dövlətlərinin hakimiyyətlərinin yerli cəmiyyətlər tərəfindən nə dərəcədə müdafiə edilməsidir. Əgər hökumət ictimai dəstəkdən istifadə edirsə, onu yıxmaq çətindir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm