Azərbaycanla Bolqarıstan arasında Anlaşma Memorandumu təsdiq edildi
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanla Bolqarıstan arasında Anlaşma Memorandumu təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Bolqarıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında 2014-cü il iyunun 30-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə bu sərəncamda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Xarici İşlər Nazirliyinə isə həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətini xəbərdar etmək tapşırılıb.

Dövlət başçısı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında 2014-cü il iyunun 24-də Qəbələ şəhərində imzalanmış Anlaşma Memorandumunu da təsdiq edib.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə bu sərəncamda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə isə həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətini xəbərdar etmək tapşırılıb.

İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Mərakeş Krallığının Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında 2014-cü il iyunun 13-də Rabat şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm