• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ramiz Mehdiyevin kitabının təqdimatı keçirildi

Ramiz Mehdiyevin kitabının təqdimatı keçirildi

Bu gün AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında Akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" (rus dilində) kitabının müzakirəsi və təqdimatı keçirililib.

Publika.az-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Tarix İnstitutunun direktoru Yaqub Mahmudov kitab haqqında məlumat verərək bildirib ki, topluda Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır.

Y. Mahmudovun sözlərinə görə, kitab tarixşünaslığımızın böyük qələbəsidir: "Əsərin ən vöyük məziyyəti odur ki, burada Azərbaycan tarixi bütün istiqamətlərdə müdafiə olunur. Kitabda o da sübuta yetirilir ki, ermənilər köçüb gəlmə xalqdır. Bütün müsbət tərəfləri nəzərə alaraq kitabın digər dillərə də tərcümə olunsun".

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov onu da deyib ki, müəllif çoxsaylı ilk mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir: "Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yolunda məqsədyönlü surətdə törədilən süni maneələrə də münasibət bildirilir".

O həmçinin qeyd edib ki, akademik Ramiz Mehdiyev bəhs olunan monoqrafiyasında Dağlıq Qarabağın tarixini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb. Bununla da görkəmli alim bir vətəndaş tədqiqatçı olaraq müasir mərhələdə xalqımızın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqəti bütün incəlikləri və tarixi kökləri ilə araşdırıb ortalığa çıxarmağı qarşısına məqsəd qoyub.

Akademik Ramiz Mehdiyev müxtəlif dillərdə olan ilk mənbələrdəki, o cümlədən erməni mənbələrindəki və erməni tarixçilərinin əsərlərindəki çoxsaylı faktlara söykənərək müasir erməni saxtakarlarının uydurduqları əsas "dəlili" onların əlindən alır, ermənilərin guya Cənubi Qafqazın "aborigen əhalisi" olması barədəki saxta erməni uydurmalarını alt-üst edir. Müəllif düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə olunmaq üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülüb gətirilib.

Müəllif ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən köçürülüb gətirilməsini sübut etməklə kifayətlənmir. Tarixin daha dərin qatlarına enir, "tarixin atası" Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiyini açıqlayır və öz kitabının oxucularına belə bir tarixi həqiqəti yetirir ki, erməni etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranmışdır. Bu gün ermənilərin özlərinə aid etdiyi "mədəniyyət", hətta "erməni" adının özü belə onların özlərinə - haylara aid deyil, oğurluqdur.

Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı, eyni zamanda, alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR