• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Milli Məclis Yunanıstan parlamentinə etiraz qəbul edə bilər - ÖZƏL

Milli Məclis Yunanıstan parlamentinə etiraz qəbul edə bilər - ÖZƏL

Milli Məclisin Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Yunanıstan parlamentinin qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi məsələsinə də münasibət bildirib.

Deputat Ç.Qənizadə Publika.az-a açıqlamasında deyib ki, Yunanıstan parlamentinin qəbul etdiyi bu qanun geri qaytarılacaq:

“Bu qanun heç zaman işləyə bilməz. Vaxtilə Fransa kimi böyük bir dövlətdə bu qanun qəbul edilsə də, nəticəsiz oldu. Çox təəssüf ki, Yunanıstan bir tərəfdən Türkiyə ilə münasibətləri tənzimlədiyi və Azərbaycan ilə dostluq əlaqələri olduğu bir dövrdə, belə bir qanunun qəbulunda maraqlı olublar. Hesab edirəm ki, Azərbaycan vaxtilə Fransa parlamentinin qondarma erməni soyqırımı ilə bağlı olduğu kimi, bu dəfə də qardaş Türkiyənin yanında olacaq. Azərbaycan dövləti, xalqı və parlamenti də Türkiyənin yanında olacaq. Düşünürəm ki, Yunanıstan parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi bu qərar Türkiyə ilə münasibətlərin korlanmasına gətirə bilər. Bu cür hərəkətlər isə mənasız və yersizdir. Yəqin ki, Milli Məclisin payız sessiyası başlayan zaman biz bu məsələyə öz münasibətimizi bildirəcəyik. Eyni zamanda Azərbaycan dövlətinin ayrı-ayrı şəxsləri də bu məsələ ilə bağlı öz mövqelərini bəyan edəcəklər. Biz hər zaman olduğu kimi, bu dəfə də Türkiyənin yanında olacağıq”.

Xatırladaq ki, Yunanıstan parlamenti qondarma erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Daha əvvəl müzakirəsi bir neçə dəfə təxirə salınan layihə 54 lehinə, 42 əleyhinə və 3 bitərəf səslə qəbul olunub.

Layihənin ilk şəklində yer verilən ümumi ifadələr yenidən gözdən keçirilib və qeyd edilib ki, burda söhbət ponti yunanları və ermənilərdən gedir.

Onu da bildirək ki, daha əvvəl analoji addımı Fransa da atıb və bu ölkədə qondarma erməni “soyqırımının” inkarı cinayət hesab olunur.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR