Elmar Məmmədyarov Rumıniya Prezidenti ilə görüşdü
Bizi izləyin

İqtisadi gündəm

Elmar Məmmədyarov Rumıniya Prezidenti ilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün Rumıniyaya rəsmi səfəri çərçivəsində Prezident Trayan Basesku ilə görüşüb.

Publika.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Rumıniya Prezidentinə çatdırıb.

Rumıniya Prezidenti Trayan Basesku dərin təşəkkürünü ifadə edərək, onun da ən səmimi salamlarının və arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüş əsnasında iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, enerji, iqtisadiyyat, sərmayələrin qoyuluşu və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm