İqtisadi gündəm
İlham Əliyev Baş nazirlə təkbətək görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın təkbətək görüşü olub.
Publika.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, “Cənub” qaz dəhlizinin reallaşmasının əhəmiyyəti vurğulandı. Qeyd edildi ki, Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq əlaqələrinin böyük perspektivi var.
Söhbət zamanı ikitərəfli münasibətlər, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri
Antonis Samarasın nümayəndə heyətlərinin iştirakı ilə geniş
tərkibdə görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə
edilib. Enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu,
“Cənub” qaz dəhlizinin həyata keçirilməsi ilə bağlı fikir
mübadiləsi aparılıb
-
MDB23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU