İrakli Qaribaşvili: Gürcüstan enerji sahəsində əməkdaşlığa görə Azərbaycana minnətdardır
Bizi izləyin

İqtisadi gündəm

İrakli Qaribaşvili: Gürcüstan enerji sahəsində əməkdaşlığa görə Azərbaycana minnətdardır

Gürcüstan enerji sahəsində əməkdaşlığa və bu əməkdaşlığın Cənubi Qafqaz regionuna faydasına görə Azərbaycana minnətdardır. Trend xəbər verir ki, bu barədə şənbə günü Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində deyib.

Baş nazir deyib ki, Azərbaycan Gürcüstanın yaxın dostlarından biridir və enerji sahəsində əməkdaşlıq münasibətlərimizdə xüsusi yer tutur: "Biz Azərbaycana bu sahədə göstərdiyi birgə səylərə görə təşəkükr edirik".

Baş nazirin sözlərinə görə, ölkələr artıq Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi mühüm layihələri həyata keçirib.

İ.Qaribaşvili bildirib: "Bu yaxınlarda “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsindən qazın boru kəməri ilə Azərbaycan və Gürcüstandan, Anadolu qaz kəməri ilə Türkiyədən və daha sonra TAP qaz kəməri ilə Albaniya və İtaliyaya qaz göndərilməsinə dair tarixi qərar qəbul edildi".

İ.Qaribaşvili hesab edir ki, Avropada yeni qaz dəhlizi yaradacaq, regionun enerji xəritəsinin dəyişdirəcək və onun üçün geniş imkanlar yaradacaq.

Baş nazir bildirib: "Bundan başqa, bu layihə həmçinin regionda iqtisadi inkişafa və maliyyə sabitliyinə, yeni iş yerlərinin yaradılmasına yardım edəcək. Bu, hamımız üçün vacibdir. Eyni zamanda, biz Azərbaycan və Türkiyə ilə birlikdə çox mühüm, qlobal hədəfləri olan Bakı-Tbilisi-Qars dəmiryol layihəsi üzərində işləyirik".

Trend-in xüsusi müxbiri xəbər verir ki, şənbə günü Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, bir sıra ölkələrin dövlət başçıları, rəsmi şəxslər iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm