Bolqarıstan Prezidenti: Alternativ mənbələr və qaz ixracı yolları Avropa üçün milli təhlükəsizlik məsələsidir
Bizi izləyin

İqtisadi gündəm

Bolqarıstan Prezidenti: Alternativ mənbələr və qaz ixracı yolları Avropa üçün milli təhlükəsizlik məsələsidir

Alternativ qaz mənbələrinin və onların nəqli yollarının tapılması Avropa ölkələri üçün milli təhlükəsizlik məsələsi və əsas prioritetdir. Trend xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rosen Plevneliyev şənbə günü Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyi və “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində bildirib.

R.Plevneliyev Prezident İlham Əliyevə və Azərbaycan xalqına Avropada "Cənub Qaz Dəhlizi"nin işə salınmasına görə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, 2009-cu ilin qaz böhranı Avropaya onun enerji resurslarının ixracından asılı olduğunu xatırlatdı və Bolqarıstan bu böhrandan ən çox əziyyət çəkən ölkələrdən biri oldu: "Bolqarıstan iqtisadiyyatı bir ayda yüz milyonlarla avro itirdi”.

R.Plevneliyev deyib ki, Ukraynadakı bugünkü böhran Avropanın enerji asılılığından azad olunması məsələsini yenidən aktuallaşdırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm