İlham Əliyev Malta və Mali prezidentlərini təbrik etdi
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Malta və Mali prezidentlərini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekaya təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Malta Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Malta arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

İlham Əliyev, həmçinin Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keytanı təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Mali xalqına sülh və tərəqqi diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm