İqtisadi gündəm
Müəllimlər İnstitutunun Gəncə filialı bağlandı
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin ötən il Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilib, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib.
Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Azərbaycan Respublikası Prezidentinin 11.09.2014-cü il tarixli 284
nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında təhsil sisteminin
təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının
Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli
Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan
Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti
dayandırılıb.
Filialda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə
köçürülməsi, müəllimlərin işlə təmin edilməsi imkanlarının
araşdırılması və digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi
ilə Təhsil Nazirliyi tərəfindən İşçi Komissiya yaradılıb.
Artıq bütün tələbələr könüllü olaraq seçdikləri digər ali təhsil müəssisələrinə yerləşdirilmiş və yaxın günlərdə dərslərə başlayacaqlar. Müəllim və digər işçi personalının işlə təmin edilməsi üçün tədbirlər davam etdirilir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK