Nazirlik hotel və mehmanxana sahiblərinə müraciət etdi
Bizi izləyin

İqtisadi gündəm

Nazirlik hotel və mehmanxana sahiblərinə müraciət etdi

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm fəaliyyəti ilə məşğul olan, lakin lisenziyasız fəaliyyət göstərən hotel və mehmanxana sahiblərinə müraciət edib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, turizm fəaliyyəti göstərən obyektlərdə monitorinqlər aparılıb və bir sıra ciddi nöqsanlar aşkarlanıb: “Əsas problemlər lisenziyası olmayan hotel və mehmanxanalarla bağlıdır. Sözü gedən obyektlərdə ciddi problemlər aşkarlanıb. Nazirlik olaraq, sözü gedən obyektlərin sahiblərini hər zaman lisenziya əsasında fəaliyyət göstərməyə çağırırıq”.

Nazirlik rəsmisi bildirib ki, Bakı-2015 Avropa oyunları ilə bağlı Azərbaycanda hotel və mehmanxanalara lisenziya və “ulduz” kateqoriyası verilməsi prosesi də sürətləndirilib: “Əslində, biz onları lisenziya və kateqoriyanın verilməsi ilə bağlı məcbur edə bilmərik. Onlar özləri bu işə maraqlı olmalıdırlar.

Amma Avropa Oyunları ilə əlaqədar bu işin tezləşdirilməsi qərarını vermişik. Artıq məktubla da sözü gedən obyektlərə müraciət etmişik. Bildirmişik ki, 3-4 saat hotellərdə monitorinq keçiriləcək və bundan sonra mövcud nöqsanlar aşkar olunarsa bunu qaydasına salınması üçün vaxt veriləcək. Bu prossesdən sonra Nazirlik sözü gedən hotellərə “ulduz” kateqoriyası verəcək”.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm