İlham Əliyev ÇXR və Əfqanıstana məktub göndərdi
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev ÇXR və Əfqanıstana məktub göndərdi

18:39

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Publika.az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan-Çin münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Bu mənada dostluq əlaqələrimizin gündən-günə genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daim dərinləşməsi böyük məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı anlaşma və etimada əsaslanan siyasi təmaslarımızın, hər iki tərəf üçün faydalı olan iqtisadi əlaqələrimizin, humanitar mübadilələrimizin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

19:28

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Əşrəf Qəni Əhmədzaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əfqanıstan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Əfqanıstan əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əfqanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm