Sabirabadın kəndləri işıqsız qalıb
Bizi izləyin

İqtisadi gündəm

Sabirabadın kəndləri işıqsız qalıb

Sabirabadın 2010-cu ildə su basan kəndlərinin sakinləri köhnə problemlə üz-üzə qalıb.

Publika.az xəbər verir ki, Rayonun Muradbəyli, Qasımbəyli, Novruzlu, Yuxarı Axtaçı kəndlərində yaşayanların Axar.az-a verdiyi məlumata görə, onlardan yenə də təbii fəlakət dövründən qalma işıq pulu borcları tələb olunur. Sakinlərin dediyinə görə, onlar vaxtında elektrik enerjisi borcunu ödəsələr də, daşqınlar dövründə üst-üstə yığılan borcların verilməsi istənilir. Seldən zərər çəkənlər isə təbii fəlakət baş verdiyi ərəfədə onların işıq pulu borclarının ölkə rəhbərliyi tərəfindən silindiyini qeyd edirlər.

“Bir müddət əvvəl sel-daşqın dövründən qalma borcları yığmağa başladılar. Kənddə yığışıb, şikayət etdik, məsələ bağlandı. Hər kənd sakininə bir borc yazılıb: kiminə 200 manat, kiminə 300 manat. Bizim borclarımız o vaxtı silindi, prezident sağ olsun ki, borclarımızı ləğv etdi, onsuz da çətin olan vəziyyətimizdə bizə dəstək oldu”, - deyə şikayətçilər bildirirlər.

Sakinlər deyirlər ki, borcların ödənilməsi üçün qəsdən işığı kəsirlər, fasilələrlə verirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm