İqtisadi gündəm
Prezident İlham Əliyev: “Azərbaycana qarşı işğalçı siyasət aparılır”
"Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur, bizə qarşı işğalçı siyasət aparılır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi Ermənistanın işğalı altındadır". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, bu işğal nəticəsində torpaqlarımızın 20
faizi ermənilər tərəfindən zəbt edilib: "Bir milyondan artıq
soydaşlarımız məcburi köçkün vəziyyətinə düşmüşdür və bizə qarşı
etnik təmizləmə siyasəti aparılmışdır. Xocalı soyqırımı
törədilmişdir ki, yüzlərlə günahsız insan o soyqırımın qurbanı
olmuşdur. Xocalı soyqırımını soyqırım kimi 10-dan çox ölkə rəsmi
şəkildə tanıyıbdır".
Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mötəbər beynəlxalq təşkilatlar öz qərar və qətnamələrini qəbul ediblər: "BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. Burada biz böyük ədalətsizliklə üzləşirik, ikili standartlarla üzləşirik. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir. Ancaq bizim üçün ən vacib məsələdə 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalıb. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər".
İlham Əliyevin sözlərinə görə, bu format və bu hüquqi baza münaqişənin həlli üçün yeganə yoldur: "Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qeyd-şərtsiz bərpa edilməlidir. İşğaldan əziyyət çəkən, öz yerindən didərgin olan soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur. Hər şey dağıdılıb.
Dövlət başçısı bildirib ki, ATƏT-in faktaraşdırıcı və qiymətləndirmə missiyaları iki dəfə işğal edilmiş torpaqlara ezam olunmuşdur. Onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey - bizim məscidlərimiz, əcdadlarımızın qəbirləri, tarixi abidələr dağıdılıb, muzeylər talan edilib: "Bu böyük humanitar fəlakət idi. Azərbaycan tək başına öz gücü hesabına bu humanitar məsələnin həlli üçün, köçkünlərin yerləşdirilməsi üçün, onları işlə təmin etmək üçün böyük işlər görüb. Hələ ki, bu işlər davam edir, çünki köçkünlərin bir hissəsi hələ ki, ağır vəziyyətdə yaşayırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükədir. Bu münaqişənin tezliklə beynəlxalq hüquq və norma prinsipləri əsasında həll olunması bölgəyə sülh, daha da böyük inkişaf gətirəcək, regional əməkdaşlıq üçün də yeni imkanlar yaradacaqdır".
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər