İŞİD təhlükəsi Moskvanın Bakıya doğru irəliləməsini kölgədə qoyur
Bizi izləyin

İqtisadi gündəm

İŞİD təhlükəsi Moskvanın Bakıya doğru irəliləməsini kölgədə qoyur

İŞİD-in mövcudluğu kimin üçün ən böyük təhlükədir: Rusiya, yoxsa islam dünyası üçün. Ekspertlər bu məsələdə mübahisə edirlər.


Publika.az xəbər verir ki, Çexiyanın “Reporter magazin” nəşri yazır ki, bu gün Suriya və İraqda münaqişənin davam etməsi Moskva üçün xeyirlidir.

Belə ki, son vaxtlar dünyanın diqqəti Ukraynada Rusiyanın dəstəklədiyi separatçılarla Kiyev arasında davam edən vətəndaş müharibəsinə yönəlib. İŞİD-ə qarşı aparılan kampaniya isə bu diqqəti bir qədər yayındırır.

NATO baş katibliyini bu günlərdə tərk etmiş Rasmussen açıqlama verdi ki, İŞİD-dən fərqli olaraq Rusiya Şimal Alyansı üçün təhlükə deyil.


Avropa Parlamentinin keçmiş deputatı Koert Debeuf hesab edir ki, Şərqi Ukraynada Rusiya əlavə problem yaratmaqdan çəkinir: “Fəlsəfə aydındır, əgər sən məni tərk edəcəksənsə, mən də hər şeyi edəcəm ki, sən heç kimlə bir yerdə olmayasan. Hansı ki eyni proses bu gün Moldovada, Gürcüstanda və Azərbaycanda da baş verir. Rusiya onları sıxmaqda davam edir.

Britaniyanın keçmiş müdafiə naziri Bob Eynsvort hesab edir ki, dünya üçün təhlükə seqmentinə görə Rusiya ilə İŞİD-i eyniləşdirmək doğru deyil.


“İŞİD dövlət olmayan bir qruplaşmadır, Rusiya isə dövlət kimi daha çox soyuq müharibəni başa vurmaq istəyir. Yəni subyekt olaraq onlar başqadırlar”, - deyə o bildirir.


Nəşr qeyd edir ki, İŞİD təhlükəsi Rusiyaya bir çox müstəvilərdə rahat iş görməyinə səbəb olur. Belə ki, dünyanın diqqəti “İslam dövlətinə” yönəlib. Belə məqamda, Moskva rahat şəkildə diqqəti öz üzərindən yayındırır. Misal üçün, son zamanlar Azərbaycana qarşı sürətli siyasət xəttini seçib. Moskva Bakını Avropanın enerji təhlükəsizliyində rol oynamasında maraqlı deyil.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm