Hər saatda 5 nəfərin yoluxduğu virus
Bizi izləyin

İqtisadi gündəm

Hər saatda 5 nəfərin yoluxduğu virus

Afrikanın iqtisadiyyat naziri 3 mindən çox insanın ölümünə səbəb olan ebolaya Sierra Leonda hər saat 5 nəfərin virusa yoluxduğunu bildirib. Nazir könüllü olaraq ebolaya yoluxmuş xəstələrə kömək edəcək həkimlərə 10 milyon dollar bağışlanacağını açıqlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu ilin mart ayından Afrikanın qərbində başlayan ebola artıq ABŞ-da da yayılıb. Bu vaxta qədər ölənlərin sayı 3338 nəfərə çatıb.Liberiya, Sierra Leona və Qineyada 7178 ebola xəstəsi qeydə alınıb.

Uşaqlara yardım göstərən “Save the Children” təşkilatı hər saatda 5 nəfərin yoluxduğunu əsas gətirərək, səhiyyə xidmətinin yetərli olmadığını açıqlayıb.

BMT-nin yaydığı məlumata görə, virusun ən çox yayıldığı Liberiya, Sierra Leona və Qineyada valideynlərindən birini və ya hər ikisini itirmiş uşaqların sayının 3700-ə çatıb. Bu uşaqların 3-4 yaşlarında olduqları bildirilib.

UNİSEF Sierra Leonada oktyabr ayında konfrans keçirəcək.Həmin vaxtda kimsəsiz uşaqlara kömək etmək istəyənlərin təşkilata müraciət etməsini istəyir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm