Paytaxta 50 min başdan çox heyvan gətirilib
Bizi izləyin

İqtisadi gündəm

Paytaxta 50 min başdan çox heyvan gətirilib

Qurban bayramı ilə əlaqədar olaraq paytaxta gətirilən bütün heyvanlar yoxlamdan keçirilib. Narahat edici məqamlara rast gəlinməyib.

Bunu Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, baytarlıq xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və bütün satış məntəqələrində reydlər keçirirlər:

“Əməkdaşlarımız heyvanların sağlam olması, sanitar qaydalara uyğun kəsim həyata keçirilməsinə nəzarət edir. Bakı şəhərinin 8 yerində qurbanlıq heyvanların satış məntəqələri təşkil olunub. Satış məntəqələrinə 12 mindən çox heyvan çıxarılıb və heyvanların gətirilib. Səyyar kəsim məntələrində də reydlərimiz davam edir. Ümumilikdə, bayramla əlaqədar olaraq paytaxta 50-52 min baş xırda, 8-9 min baş da iribuynuzlu heyvan gətirilib. Heyvanların gətirilməsi davam etdirilir”.

Y.Xanvəli satış məntəqələri, yarmarkalarda reydlərin hələ bir neçə gün davam edəcəyini bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm