• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

FHN zəlzələ barədə məlumat yayıb

FHN zəlzələ barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Qəbələdə baş vermiş zəlzələ barədə məlumat yayıb. Publika.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda dağıntı qeydə alınmadığı bildirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, oktyabrın 4-də Bakı vaxtı ilə saat 09:59-da Qəbələ rayonunun inzibati mərkəzindən 14 km şimali-şərqdə zəlzələ qeydə alınıb.

Episentrdə zəlzələ 6,0 bala yaxın olub. Yeraltı təkanlar Qəbələdə 5,0 bala qədər, zəlzələ ocağına yaxın yaşayış məntəqələrində isə 4,0-3,0 bala qədər hiss olunub. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR