İlham Əliyev Britaniya nümayəndələrini qəbul etdi
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Britaniya nümayəndələrini qəbul etdi

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az Prezidentin saytına istinadla xəbər verir ki, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərinin olduğu vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm