İqtisadi gündəm
Ələt qəsəbəsinin statusu dəyişəcək
Gələcəkdə Ələt qəsəbəsində yeni aeroportun, dəmir yolunun inşası, avtomobil nəqliyyatının inkişafı bu qəsəbənin şəhərə çevrilməsinə zəmin yaradır.
Publika.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində söyləyib.
Qaradağ rayonu ərazisində Bakı Dərin Özüllər Zavodunun, Səngəçal terminalının, sement zavodunun və digər sənaye müəssisələrinin fəaliyyət göstərdiyini vurğulayan şöbə müdiri, Ələt qəsəbəsində inşa olunan Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini də xüsusi qeyd edib. O deyib ki, qəsəbə gələcəkdə ayrıca şəhər kimi inkişaf edəcək. Çünki Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının salınması, logistik mərkəzin formalaşması istər-istəməz onun ayrıca şəhər kimi idarə olunmasını zərurətə çevirəcək.
C.Qocayev deyib ki, Ələt qəsəbəsində inşası nəzərdə tutulan aeroport bir neçə məsələni həll edəcək. Bu, həm sərnişin, həm də yükdaşımada paytaxtın üzərinə düşən yükü azaldacaq.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!