BQXK azərbaycanlı girovlara baş çəkib
Bizi izləyin

İqtisadi gündəm

BQXK azərbaycanlı girovlara baş çəkib

Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələri Qarabağda girov saxlanılan azərbaycanlılara baş çəkib.

Bu barədə Publika.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, görüş oktyabrın 6-da keçirilib. Girovların yaxınlarından məktublar onlara, həmçinin girovların məktubları da, öz növbəsində, ailələrinə verilməsi üçün götürülüb.

Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Həsən Həsənovun meyiti artıq ölkəmizə gətirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm