• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Suvarmada Xəzərin suyundan istifadə edilir

Suvarmada Xəzərin suyundan istifadə edilir

Gələcəkdə yarana biləcək su qıtlığı probleminin arardan qaldırılması üçün Xəzər dənizinin suyunun duzsuzlaşdırılması həyata keçirilir. Bununla bağlı infrastruktur imkanları 20 min kubmetr olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 kubmetr gücündə avadanlıq quraşdırılmış zavod və müasir tinglikdən ibarət kompleks inşa edilib. Faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsidir.

Publika.az-ın məlumatına görə, bu barədə oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.

Onun sözlərinə görə bu gün zavodda istehsal olunan su ətraf ərazidə salınmış yaşıllıqların suvarılmasında istifadə edilir.

"Hazırda Ələt-Astara magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması işləri davam edir. Əkinlərin əksəriyyəti zeytunluq olan bu ərazilərdə suvarmaya yararlı suyun məhdud olması dəniz suyunun duzsuzlaşdırılma həcminin artırılması zərurətini yaradır. Bunun üçün əlavə tikinti-quraşdırma işləri aparmadan duzsuzlaşdırma kompleksinin gücünü qısa zamanda 4 dəfə artırmaq mümkündür və buna ehtiyac var", - deyə nazir təklif edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR