• USD 1,7022 0,00% EUR 1,8242 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0303 0,00%

Quş qripi ilə bağlı monitorinq başladı

Quş qripi ilə bağlı monitorinq başladı

Oktyabrın 20-də quş qripi xəstəliyinə görə cari ilin növbəti monitorinqinə start veriləcək. Bu barədə Publika.az-a Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, köçəri quşların məskunlaşdığı və müəyyən edilmiş bütün ərazilərdən seçmə üsulla quşlar ovlanaraq onlardan nümunələr götürüləcək. Eləcə də ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan ev quşlarından götürülən qan və patoloji materiallar müayinə üçün laboratoriyaya təqdim ediləcək.

Bütün nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr oktyabrın 31-də ictimaiyyət üçün açıqlanacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xüsusi olaraq vurğulayır ki, hal-hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR