• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Holland Times” Azərbaycandan yazıb

“Holland Times” Azərbaycandan yazıb

Niderlandın “Holland Times” qəzetinin oktyabr nömrəsində Azərbaycanla bağlı məqalələr dərc olunub.

Publika.az xəbər verir ki, Azərbaycanın Niderlanddakı səfirliyindən AzərTAc-a bildiriblər ki, “Avropa Oyunları – Avropada ilk dəfə” adlı məqalə ölkəmizdə 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına həsr olunub. Məqalədə qeyd edilir ki, Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarı bu ölkənin idman sahəsində öhdəliklərə sadiq qalmasının nəticəsidir. Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə başlanıb. Məhz həmin vaxtdan etibarən Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib, ölkə bir çox dünya və Avropa çempionatlarına, eləcə də nüfuzlu mədəni tədbirlərə ev sahibliyi edib. Bütün bunlar ilk Avropa Oyunlarının da ən yüksək səviyyədə keçirilməsi üçün zəmin yaradır. Bildirilir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə müvafiq təşkilat komitəsi də yaradılıb. Komitəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.

“Cənub” qaz dəhlizi – Avropanın enerji təhlükəsizliyində yeni era” adlı məqalədə sentyabrın 20-də Bakıda keçirilmiş “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi barədə ətraflı məlumat verilir. Məqalədə qeyd olunur ki, neft-qaz resursları ilə zəngin Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində aparıcı rolunu bir daha sübut edib. Azərbaycan qazının Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya ötürülməsini nəzərdə tutan layihənin təməli “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümündə qoyuldu. Layihədə iştirak edən ölkələrin dövlət və hökumət başçıları, aparıcı neft-qaz şirkətlərinin təmsilçiləri həmin mərasimdə idilər. Bu layihə son on ildə inkişaf tempinə görə dünyada birinci olan Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə gətirib çıxaracaq, eyni zamanda, ona qoşulan digər dövlətlər üçün də mənfəətli olacaq.

Azərbaycanla bağlı daha bir məqalə isə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışına həsr olunub. Bu məqalədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin əhəmiyyəti haqqında ətraflı məlumat verilir. Qeyd edilir ki, dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi son illərdə Azərbaycanın tranzit potensialının daha da artırılması üçün kompleks addımlar atılıb. Diqqətə çatdırılır ki, yeni bərə terminalı Xəzər hövzəsində Azərbaycanın tranzit və nəqliyyat imkanlarını daha da gücləndirəcək. Məqalədə terminalın texniki imkanları barədə də ətraflı məlumat verilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR