İspan nəşri: “ABŞ Xəzərdə Bakı-Aşqabad hərbi blokunu yaratmaq istəyir”
Bizi izləyin

İqtisadi gündəm

İspan nəşri: “ABŞ Xəzərdə Bakı-Aşqabad hərbi blokunu yaratmaq istəyir”

Beş Xəzər ölkəsinin Həştərxan sammitində qəbul etdikləri “regionda xarici hərbi qüvvəyə yox” bəyanatı ABŞ və İsrailə cavabdır. Hansı ki, sonuncular Azərbaycanla sıx hərbi əməkdaşlıq edir, həmçinin, Türkmənistan və Qazaxıstan və Türkmənistanla hərbi əməkdaşlıq haqqında razılaşıblar. Onlar özlərinin “Xəzərin mühafizəsi” proqramını irəli sürmək istəyir və bunun üçün 135 milyon dollar vəsait xərcləməyə hazırdılar.

Lakin belə bir bəyanatın səslənməsi Ukraynada məğlub olan və sanksiyalara məruz qalan Putinin qələbəsidir.

Publika.az xəbər verir ki, İspaniyanın “Publico.es” nəşri Həştərxan sammitini Kremlin qələbəsi adlandırıb.

Tehranla Moskvanın əlaqələri müsbət məcrada davam edir və bu Qərbin xeyrinə deyil. Onlar dolardan imtina etmək istiqamətində müzakirələr aparırlar. Lakin ümumi Xəzər qonşularının razılaşa bilmədiyi bir məsələ var. Bu Xəzərin enerji resurslarıdır.

Sahil ölkələr həmçinin, Xəzərin limanlarının birləşdirməyi nəzərdə tutmuş halqaşəkilli dəmir yolunun tikintisi haqqında 2016-cı ildə fövqəladə vəziyyətin nəticələrini aradan qaldırılması məqsədilə birgə təlimlərin keçirilməsi haqqında qərar qəbul etdi.

Dəniz və ya göl: fərq nədir?

1948-ci ildə Stalin Xəzərin Volqa-Don kanalı vasitəsilə Aralıq dənizi ilə birləşdirilməsi haqqında qərar qəbul etdi. Bu Azov və Qara dənizlə gəmi vasitəsilə birləşdirmək üçün sərfəli yol idi. Lakin buna baxmayaraq, Xəzər göl olaraq qalır. Bu 1940-cı ildə SSRİ ilə İran arasındakı müqavilə ilə müəyyənləşib. 1991-ci ildə müstəqillik qazanan Azərbaycan, Qazaxıstan, Türkmənistan bunu qəbul etdi, amma onlar hüquqi statusa yenidən baxılmasını tələb edirlər, hansı ki, bu resursların bölünməsi deməkdir. 1940-cı ilin müqaviləsinə görə, İran Xəzərdə olan hər şeyin 50 faizinə iddialıdır. Amma bu ədalətsizlikdir. Belə olanda Tehran hər kəsə bərabər şəkildə- 20 faiz olmaqla paylamağı təklif edir. Buna da Rusiya və Azərbaycan etiraz edir.

ABŞ Xəzərə necə girə bilər?

Nəşr qeyd edir ki, Xəzər dəniz statusu alsa, o zaman Amerikanın bura girişi asanlaşacaq. Belə ki, sahil ölkələrin hər birinin milli sektorları olacaq və ümumi beynəlxalq sulaq saxlanacaq. Lakin Xəzərin göl olması buna imkan verməyəcək və su hövzəsi tərəflər arasında bölünəcək.
Rusiyanın əsas məqsədi ABŞ-ın Xəzərə girməməsidir, lakin Moskva həm də Xəzərin dəniz statusu almasına çalışır. Çünki ümumi istifadədə olan zonanın olması Moskva üçün sərfəlidir. Vaşinqtonun etiraz etdiyi məqam da budur.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a açıqlamasında (http://publika.az/p/45999) bildirir ki, ABŞ istəsə Xəzərə girməyin bir yolunu tapacaq: “Rusiya Xəzərdə ən böyük qüvvədir və ondan başqa ikinci qüvvənin olmasını istəmir. Kreml düşünür ki, Xəzəryanı ölkələrdən hansısa ABŞ qüvvələrini dənizə gətirə bilər. Həştərxanda kənar qüvvələrin dəniz hövzəsinə müdaxilə etməməsi haqqında bəyanat da buna hesablanmışdı. Lakin bu bəyanatdan başqa bir şey deyil. Müqavilə imzalansaydı başqa, amma bəyanatlara əməl etməmək olar. Hazırkı məqamda isə Amerikanın Xəzərə girməyə ehtiyacı yoxdur. ABŞ nə vaxt arzulasa, o vaxt Xəzərdə peyda ola bilər”.

“Bakı Xəzərdəki qonşularla savaşmaq istəmir”

“Publico.es” qeyd edir ki, Xəzərdə böyük miqdarda neft və qaz var və Rusiya ilə İran öz hissəslərini post-sovet ölkələrinə güzəştə getmək təklifini rədd edir. Lakin Rusiyanın coğrafi sərhədləri dəyişdiyi üçün Moskva 20 faiz bölgünü istəyən İrana qarşı Azərbaycan və Qazaxıstanla birləşdi. İrana 11 faiz təklif olunur, lakin Tehran bununla razılaşmamaqla yanaşı, bəzən diplomatik kanallardan da imtina edir və “real siyasətə” keçir. Misal üçün, 2001-ci ildə iranlılar Azərbaycana aid su hövzəsində geoloji tədqiqatlara cəhd etdi. Azərbaycan isə onları qovmaq üçün iki hərbi gəmi göndərdi. Hazırda tərəflər mədənlərdə kəşfiyyat işi aparmamaqla bağlı razılığa gəliblər.

Azərbaycan Xəzərdəki nefti çıxarmaq texnologiyasına sahib deyil. Buna görə də, Bakı Qərbə üz tutur, lakin onlar Xəzərdəki qonşularla savaşmaq istəmirlər. Digər tərədən, Suriya və İraq böhranı buna əsas yaradır. Bakı həmçinin, NATO ilə partnyorluğa da can atır.

“ABŞ Azərbaycan-Türkmənistan hərbi blokunu yaratmağa çalışır”

Rusiya Xəzərdə regional təhlükəsizliyi təmin edir və bunun əvəzinə heç nə istəmir. Rusiya Xəzərdə hərbi dəniz qüvvələrinə malik olan tək ölkə olaraq qalır. Moskva istəsə, öz nəqliyyat yollarını kəsə və Xəzərdə neft kəmərlərinə, neft quyularına Qərb şirkətlərinin nəzarət etməsinin qarşısını ala bilər. Moskva hələ ki, regionda öz liderliyini qoruyur.

ABŞ isə regiona daxil olmağa çalışır. Onun əsas orbiti Azərbaycan Gürcüstandır. ABŞ Azərbaycan-Türkmənistan hərbi blokunu yaratmağa çalışır. Bu Xəzərdə Rusiya, Qazaxıstan və İrana qarşıdır. Vaşinqton zonada Rusiya təsirini azaltmaq üçün mümkün olan hər şeyi edir. Bakı-Aşqabad xətti Mərkəzi Asiyanı, Qafqazı və Yaxın Şərqi Avropa ilə birləşdirə bilər. Qaz kəməri layihələrinin müvəffəqiyyətsizliyinə baxmayaraq, amerikalılar nəfəs dərmədən işləyirlər.

1. Rusiyaya qoyulmuş baryerlərin öhdəsindən gəlmək, baş tutmayan “Nabucco”nun əvəzinə Tranxəzər qaz kəmərini tikmək.

2. GUAM çərçivəsində Azərbaycanı, Gürcüstanı, Ukraynanı və Moldovanı birləşdirmək və təşkilata Moskvanın təsirini azaltmaq.

3. Regionda qeyri-rus neft kəmərlərinin miqdarını artırmaq. Hazırda tək kəmər Bakı-Tbilisi-Ceyhandır. Bu da dünya bazarında neftin 1 faizini verir.

4. Qafqazda qeyri-sabit vəziyyətin öhdəsindən gəlmək.

Bura bir neçə punkt da əlavə etmək olardı. Amma bütün mənzərə Xəzərin yeni geosiyasi münaqişə ocağı olduğunu göstərir.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm