Bakının öldürücü gücünə qarşı nüvə silahı - Ermənilərdən şok çağırış
Bizi izləyin

İqtisadi gündəm

Bakının öldürücü gücünə qarşı nüvə silahı - Ermənilərdən şok çağırış

Türkiyənin atom silahını hazırladığı barədə alman kəşfiyyatının məlumatı rəsmi Ankara tərəfindən təkzib olunmasına və məsələnin qısa zaman kəsiyində yatmasına baxmayaraq, ermənilər bu xəbərdən əməlli-başlı qorxuya düşüblər.

Xatırladaq ki, Almaniyanın “Die Welt” nəşri ötən ay Türkiyənin atom silahını hazırladığı barədə xəbər yayıb. Nəşr alman kəşfiyyatına istinadən bildirib ki, dövlət bu prosesi olduqca gizli aparır, amma bununla belə kəşfiyyat sübutlara malikdir.

Alman kəşfiyyatının məlumatına əsasən Türkiyə nüvə strategiyası üçün İranın nüvə proqramından istifadə edir. Nəşr qeyd edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ 2010-cu ildə uranın zənginləşdirilməsi üçün texnologiyanın yaradılması haqqında sərəncamı verib.

Hazırda Türkiyədə iki nüvə layihəsi həyata keçirilir. Dəyəri 15 milyard dollar olan “Akkuyu” Atom Elektrik Stansiyasını Rusiya, “Sinop” stansiyasını isə Yaponiya və Fransa inşa edir. “Die Welt” qeyd edir ki, Türkiyə istifadə olunan nüvə yanacağının qaytarılması barədə müqavilələri imzalamayıb.

Müəllif qeyd edir ki, həmin müqavilələrə Türkiyə tərəfindən nüvə tullantılarının geri qaytarılmaması il bağlı maddə əlavə edilib. "İstifadə olunan yanacaq çubuklarının 90 faizi sadəcə çöpdü. Ancaq o çubuklardan uran və platinium əldə etmək mümkündü. Hətta o çubukları reaktorlarda təkrar istifadə etmək də olar. Halbuki bu, yenisini almaqdan daha bahalı prosesdi. O zaman Türkiyənin yanmış yanacaq çubuqlarını təhvil verməməsinin səbəbi nə ola bilər? Atom bombası üçün material toplamaq", - deyə müəllif iddia edir.

Alman nəşri həmçinin bildirir ki, Ankara nüvə sentrifuqalarını Pakistandan ala bilər.

Ermənistanın “Jamanak” qəzeti ölkəsi üçün nüvə təhlükəsi olduğu qənaətinə gəlib. Aram Amatuninin müəllifi olduğu yazıda qeyd olunur ki, Türkiyənin atom silahına sahib olmaq istəyi barədə şübhələri atom energetikasının inkişafı haqqında Rusiya, Fransa və yapon şirkətləri ilə imzalanan müqavilələr daha da dərinləşdirib. “Ankara istifadə edilmiş nüvə yanacağının ixracı barədə bənddən imtina edib. Alman mütəxəssisləri hesab edir ki, bunun yalnız bir məntiqi izahı ola bilər: Türkiyə plutonium bombası yaratmaq niyyətindədir”, - deyə erməni nəşrində qeyd olunub.

A.Amatuni bildirir ki, bu şübhələr Ermənistan üçün regional "tufana" çevrilməlidir: “Türkiyə nüvə dövləti olacaqsa, bu Ermənistan üçün son dərəcə ciddi problem anlamına gəlir. Ermənistan və Dağlıq Qarabağ üçün ehtimal edilən risklər və təhlükələr haqqında danışmaq artıqdır. Söhbət ümumilikdə Ermənistanın maraqlarından gedir. Söhbət ondan getmir ki, Ankara Ermənistanı nüvə hücumuna məruz qoyacaq. Hərçənd heç nəyi istisna etmək olmaz. Söhbət ondan gedir ki, Ankara ən azı regional səviyyədə böyük çəki əldə edəcək. Faktiki olaraq güclərin yenidən bölüşdürülməsi olacaq”.

A.Amatuninin firincə, Ermənistan diplomatiyası mümkün təhlükədən uzağa gedən nəticələr çıxararaq bu problemi qaldırmağa, alman mətbuatında çıxan iddiaları dəqiqləşdirməyə məcburdur. O, İrəvanın buna uyğun olaraq məsələnin beynəlxalq cəmiyyət qarşısında qaldırmalı olduğunu düşünür.

Yazıda bildirilir ki, Ermənistan paralel olaraq öz nüvə silahının yaradılması məsələsini qaldırmağa məcburdur: “Bütün bunlar mümkündür ki, bu gün fantastika kimi görünsün. Amma məsələ Ermənistan üçün qaçılmaz olacaq. Ermənistan üçün nüvə silahı problemi faktiki olaraq, aktualdır. Xüsusən nəzərə almaq lazımdır ki, Bakı neft pulları hesabına böyük miqdarda kütləvi hücum silahları alır. İqtisadi imkanların müqayisəedilməz nisbəti şəraitində gələcəkdə Ermənistanın təhlükəsizliyinin yeganə zəmanətiylə məhz nüvə silahı ola bilər”.

A.Amatuninin fikrincə, Ermənistan Türkiyə ilə atom energetikası sahəsində əməkdaşlıq edən Rusiya və Fransadan rəsmən tələb etməlidir ki, Türkiyənin atom energetikasının inkişafı heç bir halda nüvə silahının yaradılmasına gətirib çıxarmasın. Erməni ekspert Rusiya və Fransanın Ermənistan ilə strateji əlaqələrinin olduğunu bildirərək qeyd edir ki, hər iki ölkə Ermənistan, o cümlədən beynəlxalq cəmiyyət qarşısında məsuliyyət daşımalıdır.

Əlbəttə, ermənilərin bu “narahatlığı” tamamilə yersizdir.

Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl hesab edir ki, alman mediasında səsləndirilən iddiaların, o cümlədən alman mütəxəssislərin hədəfi alman kəşfiyyatının hərəkətlərinə bəraət qazandırmaqdır. Belə ki, yaxın vaxtlarda alman kəşfiyyatı tərəfindən Türkiyənin yüksək vəzifəli məmurlarının dinlənildiyi ortaya çıxdı.

“Məqalənin mətnindən görünür ki, alman jurnalı yüksək vəzifəli türk siyasətçilərini dinləyən Almaniya xüsusi xidmət orqanlarına bəraət qazandırmağa çalışır. Bütün məqalə Türkiyənin daxili işlərinə qarışmaq ehtiyacına qazandırılan bəraətdən ibarətdir ki, Ankara guya nüvə silahını hazırlayır”, - deyə Toğrul İsmayıl bildirib.

Ekspertin sözlərinə görə, Türkiyə bu iftiralardan məyus olub: “Türkiyə heç nəyi gizlətmir. Əgər o nüvə silahını yaratmaq istəsəydi, demokratik bir ölkə kimi bunu açıq ifadə edərdi.

Toğrul İsmayıl qeyd edib ki, Ankaraya nüvə silahı Ankaraya lazım deyil. “Bu gün nüvə silahı düşmənlərdən müdafiənin bir üsulu olaraq üstünlüyün sübutudur. Amma Türkiyə artıq NATO-nun üzvü kimi nüvə silahı ilə qorunub. Ankara hazırda “qonşularla sıfır problem” siyasətini aparmağa çalışır. O halda nüvə silahını yaratmaq barədə niyə düşünək? Buna görə də “Die Welt”də gedən məqalənin heç bir əsası yoxdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm