Azərbaycan müstəqilliyinin qazanılmasında Heydər Əliyevin rolu -Müsabiqə
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan müstəqilliyinin qazanılmasında Heydər Əliyevin rolu -Müsabiqə

Moskvada Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu” adlı layihəsinin bağlanış mərasimi keçirilib.

Publika.az AzərTaca istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Aqşin Əliyev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nümayəndəsi Ramil Rəcəbov, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev, İnterAz Televiziyasının redaktoru İqbal Rüstəmov, ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev, QHT və media təmsilçiləri, Rusiyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov açaraq iştirakçıları 18 oktyabr Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib, müstəqilliyimizin əldə olunmasında və inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb. Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

S.Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətindən söhbət açaraq Rusiyada yaşayan və təhsil alan gənclərimizi RAGB ətrafında sıx birləşməyə çağırıb.

Tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev çıxış edərək Azərbaycanın Müstəqillik Gününün əhəmiyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş daxili və xarici siyasətin bü gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Aqşin Əliyev, RAGB-nin nümayəndəsi Ramil Rəcəbov, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev, İnterAz Televiziyasının redaktoru İqbal Rüstəmov çıxış edərək müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin irsinin təbliğinin əhəmiyyətini vurğulayıblar.

Sonda ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev çıxış edərək layihə haqqında iştirakçılara məlumat verib. O, həmçinin Ümumrusiya Azərbaycan Konqresinin, ASGA-nın Rusiya nümayəndəliyinin və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun birgə reallaşdırdıqları layihənin yekunlarına dair I, II, III yerləri tutanların adlarını elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm