İqtisadi gündəm
Rus hərbçiləri Bakıda bir sıra görüşlər keçirib
Bu gün Bakıya rəsmi səfərə gələn Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin komanda heyətinin şəhərimizdə görüşləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri qərargahında, Səbail rayon İcra Hakimiyyətində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub, bir sıra görüşlər keçiriblər.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı I dərəcəli kapitan Şahin Məmmədov "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya səfərə gəlməsinin ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavab olaraq yerinə yetirildiyini vurğulayıb.
Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Valeri Smirnov görüş zamanı Azərbaycanın, xüsusilə Silahlı Qüvvələrimizin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. İki ölkənin Silahlı Qüvvələrinin əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirən V.Smirnov bu sahədə dövlətlərimizin başçılarının rolunu xüsusilə qeyd edib.
Səfər çərçivəsində qonaqlar paytaxtın görməli yerlərini gəzəcək, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq, dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO