İslam “Tvitter”i – radikallar gənclərin beynini necə “yuyur”
Bizi izləyin

İqtisadi gündəm

İslam “Tvitter”i – radikallar gənclərin beynini necə “yuyur”

İŞİD-in son qurbanlarından biri Səudiyyə Ərəbistanından olan yeniyetmə olub.

Valideynləri qohumları vasitəsilə uşaqlarını Avstraliyaya təhsil almağa göndəriblər. Atası və anası ümid edirdilər ki, övladları uzaq qitədən yaxşı təhsil alaraq qayıdaq. Ancaq belə olmadı. Məşəl adlı yeniyetmə Avstraliyaya gedəndən üç ay sonra yoxa çıxdı. Onun valideynləri Avstraliyanı bir-birinə vurdular. Axtarışlara polis də qoşuldu. Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya səfirliklərinə müraciət edildi.

Məlum oldu ki, Məşəl – İraq İslam Şam Dövləti terror qruplaşmasına qoşulub.

Cihad qurbanları

Bu hadisə nə ilkdir, nə son. Boyük Britaniya, Fransa, Rusiya, Azərbaycandan olan minlərlə gənc sanki letargiya yuxusundaymış kimi terrorçuların tilovuna düşürlər. Halbuki bu dövlətlərin hər birində kifayət qədər antiterror təbliğatı gedir. İŞİD-in ənənəvi islamla heç bir əlaqəsinin olmadığı izah edilir.

Son olaraq Somali əsilli iki britaniyalı yeniyetmə qız, 15 və 16 yaşlı Zəhra ilə Səlma yoxa çıxıb. Onların da İŞİD sıralarına qoşulduqları təxmin edilir.

Maraqlıdır ki, “cihad”, “xilafət” kimi terminlərdən Misirin “İslam Cihadı” təşkilatı, “Ət-Təhrir” partiyası, həmçinin “Müsəlman qardaşları” da istifadə edirdi. Lakin onların təbliğatı İŞİD qədər uğurlu deyildi. Görəsən, İŞİD-in təbliğatı nə ilə fərqlənir ki, minlərlə gənc bu ideyalar uğrunda sevinclə ölməyə hazırdır?

“Tvitter” əməkdaşlıq etmir

Məsələ ondadır ki, başqa islamşı quplardan fərqli olaraq İraq İslam Şam Dövləti sosial şəbəkələrdə çox aktivdir. Həm “Tvitter”də səhifələri var, həm də “YouTube”də akkuntları. Məhz bu şəbəkələrdəki təbliğat həm səudiyyəli Məşəli, həm də britaniyalı bacıları İraq Mosuluna aparıb çıxarıb.

Dünyanın hər bir nöqtəsindən terrorçuların sosial şəbəkələrdəki səhifələri, videorolikləri gənclər tərəfindən maraqla izlənilir.

Məhz bu səbəbdən Ağ Evin mətbuat xidməti artıq məsələ ilə bağlı bəyanat verib:

“Biz əminik ki, sosial şəbəkələr dövlət strukturları ilə əməkdaşlıq edəcək. Saytlardan ölkənin təhlükəsizliyini şübhə altına alan bütün xəbərlər, yazılar silinəcək. “YouTube” bu məsələdə bizə kömək edir. Yəni bizə bu imkanı verir. Ancaq “Tvitter” əməkdaşlıqdan imtina edir. Söz azadlığı vacibdir. Ancaq söhbət dövlətin təhlükəsizliyindən gedirsə, Səudiyyə Ərəbistanından nümunə götürməli olacağıq. Orada “Tvitter” bağlanıb”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm