Berlində Müstəqillik Günü qeyd edilib
Bizi izləyin

İqtisadi gündəm

Berlində Müstəqillik Günü qeyd edilib

Berlində, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) 18 oktyabr - Dövlət Müstəqilliyi Günü soydaşlarımızın iştirakı ilə qeyd edilib.

Publika.az AzərTaca istinadən xəbər verir ki, AAKM-in icraçı direktoru Samirə Patzer-İsmayılova tədbirdə çıxış edərək 23 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan danışıb. Bu uğurların qazanılmasında ölkə rəhbərliyinin uzaqgörən siyasətini xüsusi vurğulayan S.Patzer-İsmayılova Azərbaycan diasporunun rolunu da qeyd edib.

Digər çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Sonda rejissor Elçin Musaoğlunun Azərbaycanın müstəqillik yolundan bəhs edən “40-cı qapı” filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra iştirakçılar 23 il əvvəl Azərbaycandakı siyasi və iqtisadi vəziyyət, bu illər ərzində ölkəmizin qarşılaşdığı problemlər, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm