İlham Əliyev bir neçə sazişi təsdiq edib
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev bir neçə sazişi təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişi təsdiq edib.

Publika.az-ın məlumatına görə, Prezident qərara alıb ki, “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2014-cü il mayın 12-də Rabat şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Prezident, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişi təsdiq edib.

Prezident qərara alıb ki, “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2014-cü il iyunun 10-da Montevideo şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham Əliyev həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq haqqında Fəaliyyət Planının təsdiq edilməsi barədə də Fərman imzalayıb.

Fərmanda qərara alınıb ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq haqqında 2014-cü il avqustun 30-da Bali şəhərində imzalanmış Fəaliyyət Planı təsdiq edilsin.

Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Fəaliyyət Planının müddəalarının həyata keçirilməsini təmin etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm