Sudan düzgün istifadə etməyənlər məsuliyyətə cəlb olunacaq
Bizi izləyin

İqtisadi gündəm

Sudan düzgün istifadə etməyənlər məsuliyyətə cəlb olunacaq

Su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericiliyi pozanlar cinayət məsuliyyətinə cəlb olunacaq.

Bu barədə Publika.az-a "Azərsu" QSC-dən məlumat verilib. Məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni və özbaşına istifadə ilə bağlı tələblər sərtləşdirilib.

Eləcə də “Sudan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsində “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəli” də təsdiqlənib.

Qatdalara əsasən təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə 1000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri, eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə 3000 manatdan 5000 manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm