Yanıq Mərkəzinin baş həkimini kim və ya nə danışdırır? - SƏBƏB
Bizi izləyin

İqtisadi gündəm

Yanıq Mərkəzinin baş həkimini kim və ya nə danışdırır? - SƏBƏB

Respublika Yanıq Mərkəzi müdirinin səs-küylü istefası ilə bağlı yeni məlumat var.

Axar.az-a Mərkəzdəki qaynaqdan daxil olan xəbərdə iddia olunur ki, vəzifəsindən istefa verən Vüqar Ələkbərovun gedəcəyi qabaqcadan gözlənilirdi. Sabiq baş həkimin istefasından sonra verdiyi heyrətamiz açıqlama da əvvəlcədən hesablanıb.

Mənbənin qeydlərinə görə, V.Ələkbərov onun postuna yeni rəhbər təyin olunacağından xəbərdar olub və dərhal bu addımı atıb: “Sabiq rəhbərin fəaliyyəti bəzilərini qane etmirdi. Onun fəallığı, tələbkarlığı, iclaslarda problemləri qaldırması, avadanlıq təchizatı ilə bağlı istəkləri bəzilərinin xoşuna gəlmərdi, Ələkbərovun yerinə təyinat olacaqdı. O da bunu əvvəlcədən bildiyi üçün sensasion və səs-küylü açıqlama ilə çıxış etdi. Əslində, həqiqətən də Mərkəzdə vəziyyət ürəkaçan deyil. Yanıq Mərkəzi fəaliyyətə başladığı vaxtdan maddi-texniki təchizat, tibbi avadanlıqla təmin olunması yüksək səviyyədə olmayıb”.

Mərkəzin keçmiş müdirinin fəaliyyətini bəyənməyənlərin kimliyi haqda redaksiyamıza xəbər verilsə də, onların adlarını dəqiqləşdirmədən qeyd etmək etik deyil.

Qaynağımız qeyd edir ki, V.Ələkbərovla bağlı gərginlik davam edir.

Xatırladaq ki, bu il 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin adı və statusu dəyişdirilib. Xəstəxanada aparılan struktur və kadr dəyişikliyi nəticəsində yanıq şöbəsi Respublika Yanıq Mərkəzinə çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm