Millət vəkili: "Türkiyə və Azərbaycan Gürcüstana etiraz etməlidi"
Bizi izləyin

İqtisadi gündəm

Millət vəkili: "Türkiyə və Azərbaycan Gürcüstana etiraz etməlidi"

"Gürcüstanın Algeni rayonunda Məscidin bərpası ilə bağlı baş verən qarçıdurmaya həm Türkiyə, həm də Azərbaycan hökuməti öz etirazını bildirməlidir".

Publika.az-ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa öz Fcebook səhifəsində yazıb. Onun fikrincə bu məsələyə heç də Gürcüstanın daxili işləri kimi baxmaq doğru olmazdı.

"Çünki eyni bəhanə sabah orada yaşayan Azərbaycan türklərinə qarşı da gətiriləcəkdir. Faktik olaraq Mədəniyyət evinə çevrilmiş məscidin binası var. Onun yaxınında harada istəyirsiniz kilsənizi də tikin. Ancaq binanın guya əvvəllər kilsənin xarabalıqlarında tikildiyini iddia etmək gülünc bir bəhanədir. Kitabxana da vacibdir ancaq bunu məscidin yerində tikmək deyə bir zərurət yoxdur. Ümid edirəm ki, Türkiyə hökuməti də Kobanidə kürdlərə göstərdiyi qayğının cüzi bir hissəsini də bu biçarə Ahıska türklərinə göstərəcək və məsələyə öz mövqeyini ortaya qoyacaq", millət vəkili bildirib.

O qeyd edib ki, Ermənilər gürcülərə qarşı Cavaxetiyada torpaq iddiası ilə çıxış edirlər. Abxazlar, osetinlər bu iddialarını rusların köməyi ilə gerçəkləşdiriblər. Belə bir iddia ilə çıxış etməyən tək Azərbaycan və Ahıska türkləridir. Özlərinə müttəfiq olan insanları incitməyin Gürcüstanın faydasına olduğunu təsəvvür edə bilmirəm. Məsələnin törədəcəyi fəsadlar məncə Gürcüstan hökuməti ilə dostcasına müzakirə edilməlidir və Ahıska türklərinə məscidlərini bərpa etmək haqqı tanınmalıdır.

Qeyd edək ki, Gürcüstanın Ahıska mahalının Adgeni rayonunun Moxe kəndində təmir edilən məscid yerli müsəlman və xristianların qarşıdurmasına səbəb olub. Ahıska türkləri olan yerli müsəlmanlar kəndə etiraz edərək hazırda təmir edilən binaya məscid statusunun qaytarılmasını tələb ediblər. Hadisə zamanı polislə toqquşma baş verib. Polisin bildirdiyinə görə, aksiya iştirakçıları polis avtomobillərinə zərər vurublar. Hadisə zamanı 15-ə yaxın Ahıska türkü həbs edilib.

Hadisədən sonra Gürcüstan baş naziri İrakli Qaribaşvili xüsusi bəyanatla çıxış edib və bildirib ki, yerli xristianlar həmin məscidin pravoslav kilsəsinin xarabalıqları üzərində tikildiyini iddia edirlər. Həmin məscid sovet illərində bağlanaraq mədəniyyət evinə çevrilib. Baş nazir bildirib ki, münaqişədən qaçmaq üçün binanın bərpa edilərək kitabxanaya çevrilməsi qərara alınıb ki, hər iki dinin təmsilçiləri istifadə edə bilsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm